Jurnalistin arıları oğurlandı

Oxunma sayı: 108
25-03-2023, 21:22

Jurnalistin arıları oğurlandı
Yevlaxda jurnalistin iki qutu arı ailəsi oğurlandı.

Arasdırma.info xəbər verir ki, hadisə rayonun Balçılı kəndindəki kafenin həyətində baş verib.

Laçın rayon sakini, "Azərbaycan Bələdiyyəsi " qəzetinin əməkdaşı İxtiyar Həsənliyə məxsus iki yeşik arı ailəsi naməlum şəxs və şəxslər tərəfindən oğurlanıb.

Oğurluq hadisəsi yaxınlıqdakı kafenin nəzarət kamerasına da düşüb.

Qeyd edək ki, bu, Yevlaxda son vaxtlar baş verən sayca üçüncü arı oğurluğudur.

Bundan öncəki günlərdə rayonun Qoyunbinəsi, Malbinəsi kəndləri arasında yerləşən arıçılıq təsərrüfatlarında qeydə alınıb.

Malbinəsi yaxınlığında yerləşən Anar İmamaliyevə məxsus təsərrüfatdan 8 arı yeşiyi, ondan bir müddət sonra isə Qoyunbinəsi kəndinə yaxın ərazidə Etibar Rüstəmova məxsus arıçılıq təsərrüfatından 6 arı yeşiyi oğurlanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.//teleqraf

Paylaş
Xəbər lentİ