Viski, "kakos", bıçaq... - Yasamaldakı qətin təfərrüatı - FOTO

Oxunma sayı: 111
21-05-2023, 13:00

Viski, "kakos", bıçaq... - Yasamaldakı qətin təfərrüatı - FOTO
Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Cavadov tərəfindən törədildiyi aşkarlanıb. O, narkotik istifadəçisi olub.

İş üzrə dindirilən Elçin Cavadov qeyd edib ki, Mirzə Hüseynovu narkotik vasitə və ya başqa əmlak ələ keçirmək məqsədi ilə öldürməyib. Mirzə ona qarşı ana söyüşü istifadə etdiyi üçün əsəbiləşib və qisas niyyəti ilə cibindəki bıçaqla onu vurub.

Cavadovun sözlərinə görə Mirzə və qardaşı Xeyrullanı 2012-ci ildə bibisi oğlu Vüqarın vasitəsi ilə tanıyıb. Onlar narkotik maddələrin istifadəçisi olub. Dəfələrlə Hüseynov qardaşlarından marixuana və heroin alıb. Son zamanlar "kakos" adlandırılan narkotik vasitədən istifadə edib. Mİrzə bir bükümü ona 20 manata satıb. Aldığı narotikin miqdarı yalnız bir dəfə istifadə etmək üçün kifayət edib.

Elçin bildirib ki, hadisədən bir neçə gün əvvəl Mirzə ilə telefonla danışarkən o, mayın 1-də anasının ad günü olacağını söyləyib və ondan yaxşı viski tapıb gətirməyi xahiş edib. Əvəzində ona narkotik maddə verəcəyini deyib. Həmin gün özünü pis hiss edib və narkotik qəbul etməyə ehtiyacı olub. "Şamaxinka" deyilən əraziyə gedərkən Ceyhun adlı tanışı ilə rastlaşıb. Birlikdə mağazaya girərək oradan bir şüşə viski oğurlayaraq gödəkçəsində gizlədib. Mağazadan çıxdıqdan sonra piyada yaşadığı evin yanına gəlib. Mirzə ilə əlaqə saxlayıb, spirtli içki aldığını söyləyib. Sonuncu isə onu evinə dəvət edib. Onlara gələn zaman Mirzənin qonaq otağında divanda uzandığını görüb. Kresloda əyləşən Cavadov viskini ona uzadıb, narkotik vasitə verməsini xahiş edib. Viskini alan Mirzə ona axşam gəlməsini bildirib. Lakin Elçin razılaşmayaraq özünü pis hiss etdiyini və gözləyə bilməyəcəyini deyib. Narkotik vasitə verməyəcəyi təqdirdə viskini qaytarmağı tələb edib. Bu zəmində aralarında mübahisə yaranıb. Mirzə söyüş söydüyü üçün gödəkçəsinin cibindən bıçağı çıxararaq ovcunun içində sıxıb saxlayıb. Hər ikisi ayağa qalxıb və divanın qarşısında Hüseynovun ürək nahiyəsinə ilk zərbəni endirib. Ardınca onun sol qoluna xəsarət yetirib.

"Bıçağı çıxardıb açdım, əlimdə saxladım. Üzbəüz söhbət eləyirdik. Dedim, Mirzə o söyüşləri mənə söyürsən? Durdu ayağa, mən də durdum. Üstümə gələn kimi bir dənə vurdum, düz ürəyindən. Mən özüm də hiss elədim ki, girdi. Mirzə qəflətən qaçıb gödəkcəsini götürüb cibindən bıçaq axtarmağa başladı. Bir dənə də bıçaqla sol əlindən vurdum. Artıq sakitləşdi, dedi, mənə kömək elə, qolumu yuyaq. Dedim, Mirzə qolun elə belə şeydir, əsas sinəndir. Açdım sinəsini, gördüm deşilib. Sonra yıxıldı".

Elçin Cavadov ifadəsinin davamında bildirib ki, ev yiyəsinin gödəkcəsinin ciblərini axtarsa da, narkotik maddə və ya pul tapmayıb. Mərhuma məxsus telefonu və viskini götürüb evi tərk edib.

Bir müddət sonra polis əməkdaşları onu yaxalayıb.

Məhkəmə prosesində Elçin Cavadov ittiham üzrə özünü təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.//olke.az

Paylaş
Xəbər lentİ