Azərbaycanda yüksək vəzifəli şəxs həbs edildi - Görün nə qədər pul ələ keçiribmiş

Oxunma sayı: 101
10-06-2023, 01:01

Azərbaycanda yüksək vəzifəli şəxs həbs edildi - Görün nə qədər pul ələ keçiribmiş
Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Arasdırma.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Hafiz Əliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş maddi ziyandan 55 min manatın ödənilməsi təmin edilib.//referans

Paylaş
Xəbər lentİ