Gecə Kürdəmirdə qətl törədilib

Oxunma sayı: 102
11-06-2023, 06:45

Gecə Kürdəmirdə qətl törədilib
Azərforum xəbər verir ki, bir saat bundan öncə - iyunun 10-da, gecə saat 23 radələrində Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.


DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqanətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu saxlanılıb.

Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Paylaş
Xəbər lentİ