DSX-da bir həftədə ikinci İNTİHAR

Oxunma sayı: 106
18-06-2023, 01:04

DSX-da bir həftədə ikinci İNTİHAR
Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.

Arasdırma.info xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xatırladaq ki, ötən həftə də DSX-nın "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.//redaktor

Paylaş
Xəbər lentİ