Kürdəmirdə “İsuzu” idarəetməni itirib hasara çırpıldı: 2 nəfər xəsarət aldı - FOTO

Oxunma sayı: 109
19-06-2023, 22:35

Kürdəmirdə “İsuzu” idarəetməni itirib hasara çırpıldı: 2 nəfər xəsarət aldı - FOTO
Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəticədə avtomobil yol kənarındakı hasara çırpılıb.

Hadisə zamanıGöyçay rayon sakinləri - 1994-cü il təvəllüdlü Novruzov Cahangir Natiq oğlu və 2000-ci il təvəllüdlü Mikayılov Kənan Qaçay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda fakt araşdırılır. (report)

Paylaş
Xəbər lentİ