Gəncədə ər yoldaşını telefonuna baxdığına görə döydü, həbs olundu

Oxunma sayı: 102
23-06-2023, 07:59

Gəncədə ər yoldaşını telefonuna baxdığına görə döydü, həbs olundu
Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) təqsirləndirilən T.Qurbanova hökm oxunub.



Arasdırma.info xəbər verir ki,sfera.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü T. Qurbanov həmin maddə üzrə 2 ay azadlıqdan məhrum edilib.



Təqsirləndirilən şəxs gecə saatlarında sərxoş vəziyyətdə evə gələrkən həyat yoldaşı Gülnar (şərti) ilə aralarında mübahisə yaranıb.




Belə ki, Gülnar icazəsiz ərinin telefonunda sosial şəbəkəyə daxil olub qardaşının şəkillərini götürəcəyini deyib. Kişi isə buna görə onunla mübahisə edib. Mübahisə zamanı əl zərbələri ilə Gülnarın baş və əl nahiyələrinə vuraraq döyüb.



Qeyd edək ki, hadisədən sonra onlar barışıblar. Gülnar yoldaşından şikayətçi olmayıb. Məhkəmə həmin şəxsin öz əməlini etiraf etməsini, peşman olmasını, eyni zamanda himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib.

Paylaş
Xəbər lentİ