Evdə olan hər əşyanı götürdü... Ağlasılmaz oğurluq..

Oxunma sayı: 110
1-07-2023, 06:21

Evdə olan hər əşyanı götürdü... Ağlasılmaz oğurluq..
Goranboyda 12 min manatlıq oğurluq olub.

Arasdırma.info xəbər verir ki, Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib. Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12 min manat olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Masallıda isə həmkəndilərinin evindən qızıl-zinət əşyaları oğurlayan şəxslər ifşa edilib. Rayonun köhnə Alvadı kəndində yerləşən evlərdən birindən 5000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən köhnə alvadı kənd sakinləri Rahid Musazadə, Orxan Abıyev və Samir Əliyev olduqları müəyyən edilib. Oğurlanan qızıl zinət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb. saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş
Xəbər lentİ