Salyanda AĞIR QƏZA: Üç nəfər öldü -YENİLƏNİB

Oxunma sayı: 96
4-07-2023, 08:40

Salyanda AĞIR QƏZA: Üç nəfər öldü -YENİLƏNİB
Salyanda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Arasdırma.info xəbər verir ki, ölənlər Lənkəran rayon sakinləri, 57 yaşlı Fərziyyev Məhərrəm Balaxanı oğlu, onun arvadı Fərziyeva Xanim Həmid qızı və qardaşı Fərziyev İlqar Balaxanı oğludur.


Salyan rayonunda ağır qəza baş verib.

Arasdırma.info xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində (Yolüstü restoranəndan 2 km Bakıya tərəf ) 99 NA 636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşının su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər - 1 qadın, 2 kişi dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Maşın Yardımlı sakini Əhədov Rəhman Şəkur oğluna məxsusdur.//lent.az

Paylaş
Xəbər lentİ