Yasamalda evdən meyit tapıldı

Oxunma sayı: 81
14-08-2023, 22:12

Yasamalda evdən meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Arasdırma.info xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.//publika

Paylaş
Xəbər lentİ