Şüvəlanda dənizdə batan 4 nəfərin meyitləri çıxarılıb

Oxunma sayı: 80
16-08-2023, 08:50

Şüvəlanda dənizdə batan 4 nəfərin meyitləri çıxarılıb
Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Arasdırma.info xəbər verir ki,bu barədə APA-ya FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş
Xəbər lentİ