Azərbaycanda zəlzələ olub? - RƏSMİ AÇIQLAMA + FOTO

Oxunma sayı: 87
16-08-2023, 08:55

Azərbaycanda zəlzələ olub? - RƏSMİ AÇIQLAMA + FOTO
“Vətəndaşların telefonlarına zəlzələ ilə bağlı gələn məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur”.

Cahantv.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

O qeyd edib ki, zəlzələ Türkmənistan ərazisində baş verib.

Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Türkmənbaşı şəhərindən 52 kilometr şimalda, Bakı şəhərindən 272 km şimal-şərqdə, ocağı isə 47 kilometr dərinlikdə olub.

Azərbaycanda zəlzələ olub? - RƏSMİ AÇIQLAMA + FOTOAzərbaycanda zəlzələ olub? - RƏSMİ AÇIQLAMA + FOTO

Paylaş
Xəbər lentİ