Göygöldə evin zirzəmisi çöküb, dağıntılar altında qalan var - YENİLƏNİB + FOTO/VİDEO

Oxunma sayı: 76
16-08-2023, 09:40

Göygöldə evin zirzəmisi çöküb, dağıntılar altında qalan var - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində bir nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.

Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir. Əlavə məlumat veriləcək.

Paylaş
Xəbər lentİ