Xanım sürücü maşını aşırdı - Bakı-Sumqayıt yolunda ağır qəza

Oxunma sayı: 77
21-08-2023, 07:40

Xanım sürücü maşını aşırdı - Bakı-Sumqayıt yolunda ağır qəza
Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Arasdırma.info xəbər verir ki,akupost.az ın məlumatına görə, hadisə yolun Xırdalan ərazisində qeydə alınıb.
99-HU-422 nömrəli Kia Picanto markalı avtomobili sürən xanım sürücü idarəetməni itirərək yolun ortasındakı dəmir maneələrə çırpılıb.
Arakəsmələrə çırpılan avtomobil aşıb.
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Hər iki istiqamətdə uzun tıxac yaranıb.

Paylaş
Xəbər lentİ