“TikTok”da “falçılıq” edən kişi tutuldu - Video

Oxunma sayı: 74
5-09-2023, 16:44

“TikTok”da “falçılıq” edən kişi tutuldu - Video
“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Arasdırma.info xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib.

F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb.


Qeyd olunan faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.//teleqraf

Paylaş
Xəbər lentİ