Füzulidə ağır QƏZA: 3 polis öldü, 6-sı yaralandı

Oxunma sayı: 70
19-09-2023, 07:32

Füzulidə ağır QƏZA: 3 polis öldü, 6-sı yaralandı
Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in üç əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır", -deyə qeyd olunub.//APA

Paylaş
Xəbər lentİ