Gecə klubunda DAVA: 6 nəfər...

Oxunma sayı: 72
19-09-2023, 07:40

Gecə klubunda DAVA: 6 nəfər...
Moskvada gecə klubunda dava olub.

Arasdırma.info xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə sentyabrın 17-də paytaxtın Şimal-Şərq İnzibati Dairəsinin Akademik Korolev küçəsində yerləşən klubun yaxınlığında baş verib.

Dava iştirakçılarının dəqiq sayı məlum deyil, lakin polis əməkdaşları hadisə ilə bağlı 6 nəfəri saxlayıblar.

Qeyd edildiyi kimi, onların hamısı tibbi müayinəyə göndərilib. Dava nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları küçə münaqişəsinin hansı şəraitdə baş verdiyini araşdırır.//lent.az

Paylaş
Xəbər lentİ