Binəqədi və Sabunçuda törədilən qətllərin TƏFƏRRÜATI

Oxunma sayı: 91
14-10-2023, 01:42

Binəqədi və Sabunçuda törədilən qətllərin TƏFƏRRÜATI
20 yaşlı qız yaşadığı evdə qətlə yetirilib.

Xezerxeber.az xəbəre verir ki, ağır cinayət ötən gecə paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Ağdamdan olan keçmiş məcburi köçkün 20 yaşlı İlahə Kərimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib araşdırmalara başlayıblar. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertiza və pataloji anatomiya birliyinə apaarılıb.

Qohumlarının sözlərinə görə, 19 yaşlı Həsən Kərimov bir neçə ildir ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir.

Digər bir ağır cinayət isə günorta saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Sabunçu Rayon Prokurorluğndan verilən məlumata görə, 39 yaşlı Nəsimi Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu 35 yaşlı Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində saxlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş
Xəbər lentİ