Sumqayıtda ər-arvad bir-birini BIÇAQLADI...TƏFƏRRÜAT

Oxunma sayı: 102
19-10-2023, 22:26

Sumqayıtda ər-arvad bir-birini BIÇAQLADI...TƏFƏRRÜAT
Sumqayıtda ailə münaqişəsi zamanı ərlə arvad bir-birini bıçaqlayıb.

Arasdırma.info xəbər verir ki, bu gün 39 yaşlı Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 36 yaşlı Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə zamanı qadının da bıçağa əl ataraq ərinə xəsarətlər yetirdiyi bildirilir.

Bir-birilərinə bıçaq xəsarətləri yetirən ər və arvad dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisə zamanı xəsarət alan ər və arvadın hazırda sxəstəxanada müalicəsi davam edir.//xezerxeber



Paylaş
Xəbər lentİ