Bakıda səhər saatlarında başverən DƏHŞƏTLİ CİNAYƏTLƏ bağlı YENİ DETALLAR - qızın anası DANIŞDI / FOTOLAR

Oxunma sayı: 77
2-11-2023, 22:39

Bakıda səhər saatlarında başverən DƏHŞƏTLİ CİNAYƏTLƏ bağlı YENİ DETALLAR - qızın anası DANIŞDI / FOTOLAR
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.



Qətlə yetrilən Zülfiyyə Xamoyevanın anası Qələm Xamoyeva hadisə ilə bağlı Referans.az-ın əməkdaşına hadisənin təfərrüatlarını danışıb. O bildirib ki, hadisə qısqanclıq zəminində baş verib:
" Qızım 9 ay olardı ki, yoldaşından ayırılıb ata evinə qayıdıb. Nərimanovda kafelərdən birində qabyuyan işləyirdi. Keçmiş yoldaşı qısqanclıq zəmnində yaşadığımız evə gəlib, uşaqlarının gözü qabağında onu kürəyindən bıçaqlayaraq öldürüb. İlkin ifadəsində deyib ki, qısqanclıq zemninde öldürmüşəm".

Anası deyir ki, oğlan içki aludəçisi olub.

Binəqədi Rayon Prokurorluğundan Referans.Az-a verilən məlumata görə, noyabrın 2-də 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1981-ci il təvəllüdlü Qədir Qasımovun rayonun yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Xamoyevaya bıçaqla xəsarət yetitərərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı əsasında Qədir Qasımov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
Bakıda səhər saatlarında başverən DƏHŞƏTLİ CİNAYƏTLƏ bağlı YENİ DETALLAR - qızın anası DANIŞDI / FOTOLAR
Bakıda səhər saatlarında başverən DƏHŞƏTLİ CİNAYƏTLƏ bağlı YENİ DETALLAR - qızın anası DANIŞDI / FOTOLAR
Bakıda səhər saatlarında başverən DƏHŞƏTLİ CİNAYƏTLƏ bağlı YENİ DETALLAR - qızın anası DANIŞDI / FOTOLAR
Bakıda səhər saatlarında başverən DƏHŞƏTLİ CİNAYƏTLƏ bağlı YENİ DETALLAR - qızın anası DANIŞDI / FOTOLAR
Bakıda səhər saatlarında başverən DƏHŞƏTLİ CİNAYƏTLƏ bağlı YENİ DETALLAR - qızın anası DANIŞDI / FOTOLAR

Paylaş
Xəbər lentİ