Faciəli şəkildə vəfat edən Turan Məmmədli kimdir? - TƏFƏRRÜAT

Oxunma sayı: 82
4-12-2023, 08:23

Faciəli şəkildə vəfat edən Turan Məmmədli kimdir? - TƏFƏRRÜAT
Ötən gün yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Turan Məmmədli dəfn edilib.

Arasdırma.info xəbər verir ki,İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, bu gün Lənkəran şəhərində torpağa tapşırılıb.


Qeyd edək ki, Məmmədli Turan Müqabil qızı 25 iyun 1991-ci il tarixində Lənkəran şəhərində anadan olub. Orta-ixtisas təhsil aldıqdan sonra ictimai xidmətə başlayıb.

Turan Məmmədli “Xəmsə” tədris mərkəzinin təsisçisi və direktoru, şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi olan “ƏMANƏT” layihəsinin 01.05.2023-cü il tarixinədək icraçı direktoru, Dövlət Turizm Agentliyində layihə meneceri kimi fəaliyyət göstərib. İkinci Qarabağ Müharibəsindən öncə əziz şəhidlərimizin tanınması üçün “Mübarizim” adlı layihə həyata keçirib.

Şəhid və qazi ailələrinin sevimlisi Turan Məmmədli şəhid və qazi xanımlarının şəxsi, karyera istiqamətində, şəhid və qazi övladlarının xaricdə təhsil alması istiqamətində müxtəlif layihələr icra edib. Həmçinin bir çox xeyriyyə istiqamətində sosial layihələrin təşkilatçısı kimi fəaliyyət göstərib.

Paylaş
Xəbər lentİ