Vəkil 10 min manata görə özünü öldürüb - Dostu sirri açdı

Oxunma sayı: 52
2-01-2024, 08:24

Vəkil 10 min manata görə özünü öldürüb - Dostu sirri açdı
Xəbər verdiyimiz kimi, Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil bürosunun üzvü Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb.
Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Arasdirma.info xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.
O, dostu ilə sonuncu dəfə cümə günü vatsap vasitəsilə danışdığını bildirib.
"Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi" - o, qeyd edib.
Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:
"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."
Vəkil 10 min manata görə özünü öldürüb - Dostu sirri açdı
//bakupost

Paylaş
Xəbər lentİ