Onsəkkizmərtəbəli binanın liftindəki qəzanın

Oxunma sayı: 41
17-01-2024, 02:51

Onsəkkizmərtəbəli binanın liftindəki qəzanın
Bakıda dörd nəfərin xəsarət alması ilə nəticələnən onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub.
Arasdırma.info APA-ya istinadla verdiyi xəbərə görə, hadisə zamanı liftdə yeddi nəfər olub.
Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.
Hadisə zamanı yeddi nəfərdən dördü xəsarət alıb.
Xatırladırıq ki,belə hadisə bir aybundan əvvəl Akkordun binasında baş vermişdi.
Mütəxəssislərin fikrincə səbəbi isə vaxtı vaxtında liftlərə xidmət olunmaması və nasazlığın aradan qaldırılmamasıdır.

Paylaş
Xəbər lentİ