Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı

Oxunma sayı: 42
17-01-2024, 03:05

Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı
Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib.
Arasdırma.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, mebel sexində baş vermiş hadisə nəticəsində Cəfərov Zaur Qulu oğlu dünyasını dəyişib.
Bundan başqa, onun qardaşı Cəfərov Şahin və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.
Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, mebel sexində baş vermiş partlayış nəticəsində ümumilikdə 9 nəfər həlak olub.

Paylaş
Xəbər lentİ