Liftdə köməksiz qalanlar belə xilas edildi - VİDEO

Oxunma sayı: 40
25-01-2024, 23:12

Liftdə köməksiz qalanlar belə xilas edildi - VİDEO
Bakıda vətəndaşlar yaşayış binasının liftində köməksiz vəziyyətdə qalıblar.
Arasdırma.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yeddimərtəbəli çoxmənzilli yaşayış binasının lifti birinci mərtəbədə dayanıb və beş nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.//bakupost

Paylaş
Xəbər lentİ