Tanınmış aktyor intihar etdi

Oxunma sayı: 26
20-03-2024, 21:03

Tanınmış aktyor intihar etdi
Bakıda 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb.

Arasdırma.info xəbər verir ki,bu barədə sosial şəbəkələrdə məumat yer alıb. Aktyorun cəsədi ötən gün saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun Savxozu adlanan ərazidəki nömrəsiz evdə aşkarlanıb.

Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ