Tut yeyərkən faciəvi şəkildə ölən Zəhranın FOTOSU

Oxunma sayı: 104
24-05-2024, 17:01

Tut yeyərkən faciəvi şəkildə ölən Zəhranın FOTOSU
Ötən gün Cəlilabadda tut yemək üçün ağaca çıxarkən elektrik cərəyanının vuraraq öldürdüyü Zəhra Niftiyeva 5-ci sinif şagirdi olub.

Arasdırma.info xəbər verir ki, o, rayonun Ə.Həsənov adına Günəşli kənd 2 saylı tam orta məktəbində təhsil alırmış.

11 yaşlı Zəhranın fotosunu təqdim edirik:



Qeyd edək ki, mərhum ailədə üç bacı və bir qardaş olublar. Baş verən bədbəxt hadisə ilə bağlı TƏBİB də açıqlama verib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25-də 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma davam etdirilir.//Cahantv.az

Tut yeyərkən faciəvi şəkildə ölən Zəhranın FOTOSU

Paylaş
Xəbər lentİ