Bakıda binadan yıxılan doqquz yaşlı qızla bağlı DETALLAR

Oxunma sayı: 56
12-06-2024, 01:25

Bakıda binadan yıxılan doqquz yaşlı qızla bağlı DETALLAR
Bakıda doqquz yaşlı qız qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb.

Arasdırma.info xəbər verir ki, autizm xəstəliyindən əziyyət çəkən azyaşlı qız ailəsi ilə birgə qohumlarıgilə qonaq gediblər. Elə hadisənin də bu mənzilin eyvanında axşam saatlarında baş verdiyi deyilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə dünən saat 18:08-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində doqquzuncu mərtəbədən yıxılma səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə şəxsin həkiməqədər ölümü qeydə alınıb.//publika

Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialını təqdim edirik:

Paylaş
Xəbər lentİ