İstirahət mərkəzində faciə baş verdi - Ölən var

Oxunma sayı: 63
26-06-2024, 05:58

İstirahət mərkəzində faciə baş verdi - Ölən var
Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.

Arasdırma.info xəbər verir ki, metbuat.az-ın məlumatına görə, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.


Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ