Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş

Oxunma sayı: 35
30-06-2024, 13:39

Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.



Arasdırma.info qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir.



Belə ki, "Ford" markalı avtomobillə toqquşan "VAZ-21015"də dünyasını dəyişənlər - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.



Avtomobildə olan R.Qurbanovun digər gəlini və 4 nəvəsi isə xəsarət alıb. Vəfat edən Gülnarə Qurbanova həm də kənd məktəbinin rus dili müəllimi imiş.



Onlar bu gün Cəfərabad kəndinin məzarlığında dəfn ediliblər.



Bildirilir ki, ailə üzvləri Balakəndəki qohumlarını ziyarət edib Şəkiyə qayıdarkən qəzaya düşüblər. Hadisə vaxtı "Ford" markalı avtomobilin sürücüsü və sərnişini də xəsarət alıb.



Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş
Xəbər lentİ