Avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Xəlilov Bəhruz Niyaz oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Arasdırma.info Mətbuat.az-a istinadən xəbər verir ki, vəfat edən Bəhruz Xəlilov Ağsuda tanınmış iş adamı olub. Onun sahibi olduğu biznesə Ağsu rayonunda "Zahid Store", "Elit Topdan Satış Mərkəzi" və Bakıda bir neçə ticarət mərkəzi daxil idi.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70