Hacıqabulda yaşanan sel fəlakətinin sirri TƏFƏRRÜATLAR

Oxunma sayı: 27
14-10-2024, 17:25

Hacıqabulda yaşanan sel fəlakətinin sirri TƏFƏRRÜATLAR
Hacıqabulda yaşanan sel fəlakətinin sirri

Və yaxud, ilin 286-cı gününə sözardı

Bildiyimmiz kimi, bu gün (12 oktyabr) ilin 286-cı günüdür. Bunu nəzərə alıb, bu ədədin hikmətlərinə nəzər salaq.

1) 286 ədədi haqqında əvvəlcə onu qeyd edək ki, Quranın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə (ərəblərin İslama baxışları dəyişənə, ideoloji cəhətdən ingilislərin nəzarətinə keçənə) qədər çap olunan və müzeylərdə saxlanılan, eləcə də Kəbədə qorunan orjinal Quran 286 səhifəyə yerləşdirilib. Sonralar Quranın sözlərini və hərflərini dəyişməsələr də, formatını A5-ə keçiriblər ki, bununla da səhifələrin sayı artıb. Bu səbəbdən 286 ədədi Quranın səhifələrinin rəmzidir.

2) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür ki, bu da Rəbbimin bayramlar üzərinə vurduğu kodlaşdırılmış möhürüdür (asan imzasıdır).

3) İnsanlar ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), 286 gündür.

4) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində Quranın hər səhifəsinə bir gün hesabı ilə qalır. Beləliklə də, insanın yaranması prosesinə Allah-təala riyazi cəhətdən də Öz möhürünü vurmuş olur.

5) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin anatomik quruluşunun 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.
(Yeri gəlmişkən, hesablamalarımız göstərir ki, bəşəriyyət həmin surədə əlamətləri göstərilən inəyi (düyəni) tapıb 2-ci (!) dəfə qurban kəsərlərsə hazırda düşdükləri böhrandan, zülmdən (həmçinin, təbii fəlakətlərdən) xilas ola bilərlər).

İndi qayıdaq bu gün (12.10.24) Hacıqabulda yaşanan sel fəlakətinin sirlərinə.
Elmi-lədun hesablamalarımız göstərir ki, bu fəlakət tsadüfü olmayıb, ciddi qanunauyğunluğa tabedir və Allahdan xalqımıza və onu idarə edənlərə ciddi xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan görmək olur:

1) Bu gün ilin 286-cı günüdür ki, bu da fəlakət üzərində Allahın rəqəmsal imzasının olduğuna sübutdur. Rəbbim Quranda buyurur ki, “Biz heç kəsə zülm etmirik, insan zülmü özü (öz günahları ilə) qazanır”.

2) Bu gün astronomik xəbərdarlığın (Ay tutulmasının) 24-cü günüdür ki, bu da Hacıqabulun seriyasını göstərir.

3) İyunun 20-də Gəncəbasarda və Ağstafada baş verən güclü qasırğa evləriin damını uçurdu, iri ağacları kökündən qopardı… Bu gün həmin fəlakətin 114-cü günüdür ki, bu da Quran rəmzidir.

4) Analoji hadisə bu il Qazaxda da (27.05.24) yaşanmışdı. Həmin tarixdə Kür daşaraq, Qazxın bir neçə kəndini su basmışdı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün həmin hadisənin 138-ci günüdür və bundan Quran rəmzini çıxsaq, yenə də fəlakət baş verən rayonun seriyası (rəmzi) görünər:

138 – 114 = 24 (!)
Və s

"Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər". Quran, 11:8
"Kafirlər: “Əgər doğru danışırsınızsa, deyin görək bu vəd etdiyiniz əzab nə vaxt olacaq?” – deyə soruşarlar.
De: “Bir deyin görək. Əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə nə edərsiniz! Günahkarlar buna niyə tələsirlər?
O əzab gəldikdən sonramı ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini istəyirsiniz!”
Sonra zülm edənlərə: “Dadın əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” – deyiləcək". Quran,10:48-49-50

Bu hikməti dərk edən ağıl sahibləri yaxşı olar ki, tövbə etsinlər və Allah bəyənən (savab) əməllər etməyə çalışsınlar. Baş verəcək fəlakətlərdən ancaq bu yolla xilas ola bilərik!

Hörmətlə: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Paylaş
Xəbər lentİ