Bakıda sürüşmə baş verdi, əsas yol bağlandı

Oxunma sayı: 479
24-11-2019, 18:36

Bakıda sürüşmə baş verdi, əsas yol bağlandı
Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur

Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən Bakı şəhəri istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.


Sputnik Azərbaycan-ın "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən məlumatına görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: “Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”.Sputnik

Paylaş
Xəbər lentİ