Dönərdən zəhərlənmə Tovuzdakı görüntüsü

Oxunma sayı: 11
Dünən, 07:56

Dönərdən zəhərlənmə Tovuzdakı görüntüsü
Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

Arasdırma.info Xəzər TV-yə istinadən bildirir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə müraciət edib.

Müraciət edənlər arasında 2 və 3 yaşlı uşaqlar da var. Zəhərlənənlərin sözlərinə görə, hadisə Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "Köz dönər" adlı iaşə obyektində baş verib:

"Axşam saat 8 radələrində toyuq dönəri yedik. Bir neçə saat sonra vəziyyətimiz ağırlaşdı, ürəkbulanma başladı və təcili tibbi yardıma müraciət etdik".

Məlumata görə, aidiyyəti qurumlar tərəfindən həmin obyektin fəaliyyəti dayandırılıb.


Paylaş
Xəbər lentİ