Binəqədi rayonunda avtomobil 2 yaşlı körpəni vurdu

Oxunma sayı: 325
26-09-2020, 21:42

Binəqədi rayonunda avtomobil 2 yaşlı körpəni vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Arasdırma.info report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

M.R.Rəsulzadə qəsəbəsində 2018-ci il təvəllüdlü Baxşəliyev Yusif İsmayıl oğlunu küçədə avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ