Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Oxunma sayı: 322
19-11-2020, 23:27

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var
Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.

Arasdırma.info xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.

Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar da var.//report

Paylaş
Xəbər lentİ