Bakıda marketdən içərisində pul olan seyf oğurlandı

Oxunma sayı: 320
21-11-2020, 16:35

Bakıda marketdən içərisində pul olan seyf oğurlandı
Bakıda marketdə oğurluq hadisəsi baş verib.

Arasdırma.info xəbər verir ki,bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsi (PŞ), Nəsimi RPİ 19-cu PŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Z.Bünyadov prospektindəki marketlərin birindən içərisində 800 manat pul olan seyf, 2 300 manat dəyərində tütün məmulatı, spirtli içki və yağ oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Hüseynli, R.Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıblar.

Paylaş
Xəbər lentİ