Azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər - Meyiti Naxçıvana gətirildi - FOTO

Oxunma sayı: 325
22-12-2020, 21:42

Azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər - Meyiti Naxçıvana gətirildi - FOTO
Türkiyədə bir qrup şəxs tərəfindən döyülərək ağır xəsarət alan Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini 24 yaşlı Ələkbərov Məhəmmədəli Zakir oğlu xəstəxanada vəfat edib.

Arasdırma.info Publika.aza istinadən xəbər verir ki, gəncin meyiti Türkiyədən doğulduğu rayona gətirilərək dəfn edilib.

Bildirilir ki, hadisə təxminən 1 ay əvvəl baş verib. İnternetdə tanış olduğu xanımla görüşə gedən M.Ələkbərovu bir qrup şəxs qarşılayıb. Onlar İstanbulda işləyən və orada yaşayan Məhəmmdəlini döyərək ağır bədən xəsarətləri yetiriblər. Xəstəxanaya yerləşdirilsə də, daxili orqanları zədələnmiş gəncin həyatını xilas etmək mümkün olmayıb.


Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma aparır.

Paylaş
Xəbər lentİ