Yaşlı kişi qardaşı arvadını öldürdü, gəlini və nəvələrinə xəsarət yetirdi - Dəhşətli cinayət

Oxunma sayı: 288
12-01-2021, 15:24

Yaşlı kişi qardaşı arvadını öldürdü, gəlini və nəvələrinə xəsarət yetirdi - Dəhşətli cinayət
Gəncə şəhərində qardaşı arvadını öldürməkdə, daha iki nəfərə xəsarət yetirməkdə ittiham olunan 70 yaşlı Mahir Quliyevə iki maddə ilə ittiham verilib.

Arasdırma.info bildirir ki, Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) və 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, ötən ilin iyunun 16-da, saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini, 1950-ci il təvəllüdülü Mahir Quliyevin ailə məişət münasibətləri zəminində qardaşı arvadı Ofelya Quliyevanı bıçaqlayaraq öldürməsi, nəvələri – 2006-cı il təvəllüdlü Malik və gəlini, 2002-ci il təvəllüdlü Sevincə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla cinayətin Mahir Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Məlumata görə, həyatını itirən Ofeliya Quliyeva Günay Quliyevanın xalası olub. Hadisə baş verən günü Mahir Quliyevin oğlu Elnur Quliyevlə Günay Quliyevanın məhkəməsi olacaqmış.

Münaqişə də məhz bu səbəbdən baş verib. Mahir Quliyev oğlunun boşanmasıda Ofelya Quliyevanı günahlandırıb.

Gəncə Şəhər Prokurorluğunda istintaq davam edir. (azmedia.az)

Paylaş
Xəbər lentİ