Şəmkirdə AİLƏ DRAMI: Dayı azyaşlı bacısı qızını illərlə zorlayıb – ŞOK FAKTLAR

Oxunma sayı: 292
13-04-2021, 00:10

Şəmkirdə AİLƏ DRAMI: Dayı azyaşlı bacısı qızını illərlə zorlayıb – ŞOK FAKTLAR
Bir neçə ay əvvəl Şəmkir rayonunun Yeniabad kəndində 1986-cı il təvəllüdlü Ədalət Cəbrayılovun illər ərzində bacısının qızı A.C-ni zorlaması faktı üzə çıxıb.

Arasdırma.info Publika.aza istinadən ötən ilin oktyabr ayında Şəmkir rayon Prokurorluğunda Ədalət Cəbrayılov barəsində Cinayət Məcəlləsinin 149.2.3 (zozrolama - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 149.2.5 (həmin əməllər təkrar törədildikdə) və 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə açılan cinayət işinin bəzi təfərrüatlarını təqdim edir.

Ata-anasız qalan 10 yaşlı qız

İstintaq materiallarından məlum olur ki, Şəmir rayonu Yenaiabad kənd sakini olan G.C Türkmənistanda ailə həyatı qurandan sonra 2005-ci ildə qız övladı dünyaya gəlib. Elə həmin il o, Şəmkir rayonuna köçüb və anası, qardaşı və körpə övladı ilə yaşamağa davam edib. Lakin 2015-ci ildə G.C ağır xəstəliyə düçar olub və həmin ilin iyul ayında vəfat edib. Bundan sonra qadının 10 yaşlı qızı A.C nənəsi və dayısının himayəsində qalıb.

Araşdırmalar zamanı ifadə verən A.C dayısının onu anasının ölümündən bir neçə gün sonra zorlamağa başladığını deyib. O bildirib ki, evdəki televizor dayısınnı yatdığı otaqda yerləşib və Ədalət yenicə vəfat etmiş bacısının 10 yaşlı qızına onun yanında yatmağı təklif edib. Lakin azyaşlı dayısı ilə niyə yatmalı olduğunu soruşaraq imtina edib. Bundan sonra Ədalət Cəbrayılov anasının Şəmkir bazarında olduğu vaxtlarda 10 yaşlı uşağı qeyri-təbii yolla zorlayıb. Qızın müqavimət göstərməsinə baxmayaraq, fiziki cəhətdən daha güclü olan Ədalət uşağın qol və ayaq nahiyələrinə zərbələr endirərək onun müqavimətini qırıb və dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub. O, dəfələrlə bacısı qızına baş verənlər haqqında heç kimə deməməsi barədə hədə-qorxu gəlib.

Bacısı qızını zorlayan şəxsin çirkin planı

İfadələrdən məlum olur ki, Ədalət Cəbrayılov bacısının azyaşlı qızı ilə uzun müddət dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra 2020-ci ilin sentyabrında onunla təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib. O, yenə də A.C-nı uşağın nənəsi evdə olmadığı vaxt otağında tək olmasından istifadə edərək zorlayıb. Qızın otağına daxil olan şəxs ona qarşı fiziki zor tətbiq edərək təbii yolla cinsi əlaqədə olub və bakirəliyini pozub. Qızın qışqırdığını görən Ədalət onun ağızını və əllərini tutaraq çirkin niyyətini həyata keçirib. Daha bir neçə gün ərzində o, oxşar əməllərini davam etdirib və 13-17 oktyabr tarixlərində 15 yaşlı qızla zorla təbii yolla cinsi əlaqəyə girib.

Qız bakirəliyinin pozulduğunu bilərək qorxu keçirib və bu barədə nənəsinə deməyi düşünsə də, rüsvay olacağını zənn edərək çəkinib.

Qızın ailə qurmasına yaradılan süni maneə

Elə həmin vaxt Yevlax rayonunda yaşayan uzaq qohumları A.C-ni yas məclisində görərək bəyənib və elçi göndərib. Elçilik məclisində Ədalət Cəbrayılov illərlə zorladığı bacısı qızının ərə verilməməsi üçün müxtəlif bəhanələr edib. Elçilər gedəndən sonra o, qızı istəyən oğlana zəng edərək A.C-ni unutmasını və bir daha onların qapısına gələməməsini tələb edib. Lakin Ədalət niyə belə hərəkət etməsini izah etməyib. Onun evdə də dava-dalaş salmasından sonra anası, yənii qızın nənəsi qarşı tərəfə zəng edərək bu izdivaca razı olmadıqlarını bildiriblər.


Bundan sonra A.C onunla evlənmək istəyən oğlana zəng edərək dayısının evlənməsinə imkan verməyəcəyini deyib və qaçırılmasını təklif edib. Qızı istəyən E.Ə maşınla onu qaçırıb.

Cinayətin üstünün açılması

Gənc oğlan ifadəsində bildirib ki, A.C yol boyu və evlərinə gətirildiyi zaman çox fikirli olduğunu deyib. O, qızdan niyə fikirli olduğunu soruşduqda, qız danışmağa çox sözün olduğunu, lakin qorxduğunu bildirib.

Daha sonra isə A.C bütün olanları açıb danışmaq qərarına gəlib və dayısının illərlə onu zorladığını, seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, bakirəliyini pozduğunu deyib.

A.C-nin gəlin getdiyi ailənin Ədalətin bibisinə və hüquq-mühafizə orqanlarına bu barədə bildirməsindən sonra cinayət işi açılıb.

Bu ilin aprel ayında ədalət Cəbrayılov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mərhum bacısının qızını 5 il boyunca zorlayan dayı barəsində 14 il 6 ay müddətinə həbs qərarı verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Paylaş
Xəbər lentİ