“Bazarstore”da müştərinin 30 min manatlıq qızıllarını oğurlayan şəxs tutuldu

Oxunma sayı: 547
7-06-2019, 09:23

“Bazarstore”da müştərinin 30 min manatlıq qızıllarını oğurlayan şəxs tutuldu
“Bazarstore” super marketində müştərinin 30 min manatlıq qızıllarını oğurlayan şəxs tutulub.

Arasdırma.info yerli mətbuata istinadən xəbər verir ki, bu, 32 yaşlı Fuad Hacıyevdir.

Həmin şəxsin mağazanın təhlükəsizlik kameralarının köməkliyi ilə tapıldığı bildirilir.

Oğurlanmış qızılların taleyi barədə isə məlumat yoxdur.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, üç gün əvvəl “Bazarstore”un Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mağazasında Abik Davidoviçə məxsus içərisində 30 min manatlıq qızıl-zinət əşyaları olan çanta oğurlanmışdı.

Paylaş
Xəbər lentİ