"Mən oğlan-qızam, yalvarıram, eləmə" dedim - Çoban Tovuzda tək qalan müəllimi zorlayıb

Oxunma sayı: 283
12-05-2021, 03:13

"Mən oğlan-qızam, yalvarıram, eləmə" dedim - Çoban Tovuzda tək qalan müəllimi zorlayıb
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az bildirir ki, teleqraf.com-un xəbərinə görə, Orxan Əhmədov 2019-cu ilin oktyarında Tovuz rayonu Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi işləyən, 1969-cu il təvəllüdlü Səbinə Babayevanın (ad və soyad şərti verilib - red.) tək yaşadığını müəyyən edib.

O, cinsi ehtirasını Səbinə Babayevanı zorlamaqla ödəmək qərarına gəlib.

Gecəyarısı təcavüz

Orxan Əhmədov 2019-cu il tarixdə gecə saat 1 radələrində Səbinə Babayevanın yaşadığı ünvana gəlib və məftil parçası ilə qapının cəftəsini açaraq evə daxil olub.

O, Səbinə Babayevanın yatdığı çarpayıya yaxınlaşaraq səs-küy salmasının, ətrafdakıları köməyə çağırmasının və müqavimət göstərməsinin qarşısını almaqdan ötrü fiziki zor tətbiq edib, əli ilə boğaz nahiyəsindən sıxıb, zorla cinsi əlaqədə olmaq niyyəti ilə bədəni üzərində oturub.

Daha sonra onu öldürməklə hədələyib, müqavimətini qırıb və onunla cinsi əlaqədə olub.

Sonnda qadına məxsus çantadakı 646 manat pulu götürüb və oranı tərk edib.

İstintaq orqanı tərəfindən Orxan Əhmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 180.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunuçulq törətmək) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham elan edilib.

Məktəbə getmədi, çobanlıq etdi

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, uşaq yaşlarından məktəbə getməyib:

"Təxminən 10 yaşlarında bir nəfər tanımadığım qonşu kənddən olan ağsaqqal kişi məni Bəhram adlı şəxsin heyvanlarına baxmaq üçün Ceyrançöl qış otlaq sahəsinə göndərdi, bu işə görə mənə pul verəcəklərini dedi.

Təxminən 1 il həmin yataqda qaldıqdan sonra Ceyrançöl tərəfdən dövlət sərhədini qeyri-rəsmi keçərək Gürcüstana getdim. Orada başqa-başqa adamların heyvanlarına baxmağa başladım.

Gürcüstanda dağda olan vaxtları Bəhramı orada gördüm. Sonradan isə onun heyvanlarına baxdım.

Təxminən 1 il Bəhramın heyvanlarına baxdıqdan sonra aramızda söz-söhbət olduğu üçün onunla aralandım".

"İş güc sahibi olmaq qərarına gəldim"

Orxan Əhmədovun sözlərinə görə, Gürcüstanda olan vaxtları müxtəlif adamların heyvanlarına baxıb:

"Son bir il ərzində 2019-cu ilin yay aylarına qədər Gürcüstanın Qaraçöp kəndində Əzəlxan adlı şəxsin heyvanlarına baxdım. Yayda heyvanları yaylağa apardıqları üçün pulla bağlı Əzəlxanla razılaşa bilmədiyim üçün ondan aralandım. Sonra bir nəfər gürcü vətəndaşının heyvanlarına baxmağa başladım.

Təxminən 4 aydan artıq, yəni 2019-cu ilin avqust ayının ortalarına qədər çobanlıq etdikdən sonra 2 aya yaxın işsiz qaldım. Bundan sonra sənədlərim olmadığı və Gürcüstanda işsiz qaldığım üçün yenidən Azərbaycana qayıtdım, sənədlərimi düzəltdirərək həqiqi hərbi xidmətə getdim.

Xidmətdən qayıtdıqdan sonra bir iş-güc sahibi olmaq qərarına gəldim".

"Sərhədi gizli keçdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, 10-15 il çobanlıq etdiyi üçün Ceyrançöl otlaq sahəsini yaxşı tanıyıb və həmin yerlərə bələd olub: "Sərhəddə yerləşən Ceyrançöl qış otlaq sahəsi tərəfdən qeyri-rəsmi, gizlincə keçərək Gürcüstanda yenidən çobanlıq etdim. Sərhədi keçdiyim ərazi dağlıq-dərəlik olduğu üçün sərhəd naryadlarının hərəkətini izlədim.

Onlar xidmətdən geri qayıtdıqdan və keçdiyi ərazidən uzaqlaşdıqdan sonra sərhədi keçərək Azərbaycana gəldim.

1 saata yaxın Ceyrançöl ərazisi ilə hərəkət etdikdən sonra qarşıma bir nəfər tanımadığım şəxs çıxdı. Həmin adamdan Tovuz rayonuna gedən istiqaməti soruşdum. Tanımadığım avtomobilə minərək Tovuz rayonuna gəldim.

Tovuz rayonunda yaşayan qohumlarımın evində və Həsənli sovetliyinə daxil olan Məşədivəlilər kəndində ata evimdə yaşadım".

"Tək yaşadığını öyrəndim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Gürcüstandandan gəldikdən sonra uşaqlıqdan tanıdığı Səbinə müəlliməni kənddə 2-3 dəfə görüb və onunla hal-əhval tutub:

"Səbinə məndən haralarda olduğumu soruçdu. Ona illərdir Gürcüstanda yaşadığımı dedim. Bir dəfə də Səbinə müəlliməni icra nümayəndəliyinin yaxınlığında gördüm. Onun mənim ata evimin qonşuluğunda, rəhmətlik Məleykə arvadın evində tək yaşadığını bildim.

Həmin ərəfədə əmim oğlu Vüsalın ailəsi yas yerinə getmişdi. Mən də çimdim, paltarlarımı geyindim, qonşu uşaqlarla məktəbin yanına yollnadım. Məktəbin yanında yemək yeyib, içki içdik".

"İstəyimi bildirdim, razılaşdı..."

Orxan Əhmədov qeyd edib ki, əmisi evində qaldığına görə gecə içkili vəziyyətdə ora qayıtmayıb:

"Gec olduğu üçün əmimgilin yaşadığı evə yox, Məşədivəlilər kəndində yerləşən ata evinə getdim. Yolda içkili olduğum üçün qonşuluqda tək yaşayan Səbinə müəllimənin evinə yönəldim. Səbinənin yaşadığı evə çataraq içəri girdim.

Səbinə müəllimə məni gördü, uzandığı çarpayıdan qalxaraq kim olduğumu soruşdu. Mən də ona Orxan olduğumu bildirdim. Sonra biz birlikdə oturaraq söhbət etməyə başladıq. Səbinə məndən nə məqsədlə evinə girdiyimi soruşdu. Onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim.

Paylaş
Xəbər lentİ