Hamilə arvadının başını kəsib, qanı ilə divarı yazan Vüsaldan dəhşətli etiraflar

Oxunma sayı: 261
10-06-2021, 00:27

Hamilə arvadının başını kəsib, qanı ilə divarı yazan Vüsaldan dəhşətli etiraflar
Türkiyədə qeyri-rəsmi şəkildə yaşadığı gənc arvadını öldürən azərbaycanlı kişinin məhkəmədə verdiyi ifadə eşidənləri heyrətə gətirib.

Arasdırma.info “haberler”ə istinadən xəbər verir ki, 18 yaşındakı iki aylıq nikahda olduğu həyat yoldaşı Sevilay Kayanın boğazını kəsib başını bədənindən ayıran azərbaycanlı Vüsal Orucovun məhkəməsi keçirilib.

Vüsal Orucov məhkəmədə törətdiyi cinayəti soyuqqanlı şəkildə danışıb. O bildirib ki, yoldaşını xəyanət etdiyi üçün öldürüb.

“Arvadım məndən 2 aylıq hamilə idi. Bir gün mənə dedi ki, səninlə olan münasibətim bitdi. Mənə pul ver, abort etdirim.

Bundan sonra səninlə birgə yaşamaq istəmirəm. Dedim, "Sən məndən ayrıla bilməzsən. Sənə də verməyə pulum yoxdur”, - deyib cibimdən bıçağı çıxartdım. Ona bir neçə zərbə vurdum.

Daha sonra boğazını kəsdim. Sevilay yerə yıxılıb xırıldamağa başladı. Əyilib onun saçından tutdum və ikinci dəfə boğazına bıçaq çəkdim.

Daha sonra barmağımı qanına batırıb divara “xəyanətin cəzası ölümdür” yazdım”, - deyə Vüsal Orucov bildirib.//baku.vs

Paylaş
Xəbər lentİ