Bakıda dəhşətli hadisədə ölənlərdən biri Vətən müharibəsi iştirakçısı imiş

Oxunma sayı: 33
14-06-2021, 21:22

Bakıda dəhşətli hadisədə ölənlərdən biri Vətən müharibəsi iştirakçısı imiş
Ötən gecə Bakıda baş verən ağır yol qəzası nəticəsində 4 nəfərin vəfat etməsi barədə xəbər vermişdik.

Arasdırma.info xəbər verir ki, saat 01 radələrində Binəqədi rayonu - Novxanı bağlar yaşayış massivində Abşeron rayon sakini Elşad Kərbalayevin sərxoş halda idarə etdiyi 90 CO 002 dövlət qeydiyyat nişanlı "Range Rover" ilə Murad Ziyadovun sürdüyü 99 ZL 837 dövlət nömrə nişanlı "Daewoo Damas" markalı avtomobilin toqquşması nəticəsində vəfat edən şəxslərdən Kamran Əhmədov ötən il 44 gün davam edən Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Onunla yanaşı Murad Ziyadov və digər 2 sərnişin: 1999-cu il təvəllüdlü Şıxəliyev Elman Süleyman oğlu və Yunis Mürsəlov da hadisə yerində ölüb.

Qeyd edək ki, qəzanı törədən Elşad Kərbalayev həbs edilib. O, “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir və şəxsi avtomobil kolleksiyası var.

Paylaş
Xəbər lentİ