Azərbaycanda məzunların məclisində dəhşət: 17 yaşlı qızı...

Oxunma sayı: 284
21-06-2021, 07:19

Azərbaycanda məzunların məclisində dəhşət: 17 yaşlı qızı...
Azərbaycanda məzunların məclisində dəhşət: 17 yaşlı qızı...

Sabirabadda məzun olan qız bıçaqlanıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib. Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ