"Selfi" çəkən zaman ildırım çaxdı: 11 nəfər həlak oldu

Oxunma sayı: 262
18-07-2021, 22:50

"Selfi" çəkən zaman ildırım çaxdı: 11 nəfər həlak oldu
Hindistanın şimal qərbində yerləşən Caypur şəhərində "selfi" çəkən 11 nəfər ildırım vurması nəticəsində həlak olub.

Arasdırma.info ted.az-a istinadən bildirir ki, hadisə nəticəsində daha bir neçə şəxs yaralanıb.

Qeyd olunur ki, həlak olan şəxslər XII əsrə aid gözətçi qülləsinin zirvəsində "selfi" çəkiblər.

Hadisə baş verən zaman tarixə abidənin qülləsində təxminən 27 nəfər olub.

Bəzi şəxslər özlərini qüllədən yerə atıb və xəsarət alıb.

Paylaş
Xəbər lentİ