Azərbaycanlı bloger Tbilisidə ölü tapıldı

Oxunma sayı: 251
31-07-2021, 02:09

Azərbaycanlı bloger Tbilisidə ölü tapıldı
Azərbaycan vətəndaşı Gürcüstanda mehmanxanada ölü tapılıb.

Bu haqda "Imedi” telekanalı məlumat yayıb. Xəbərdə bildirilib ki, bloger Hüseyn Bakıxanov Tbilisi şəhərində hotellərdən birində ölü halda aşkarlanıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktı özünəqəsd həddinə çatdırma kimi araşdırır. Hotelin hüquqşünası Kahi Çeretelinin sözlərinə görə, məsələ ilə bağlı bütün şahidlər dindirilib. Həmçinin, hotel videomaterialları araşdırma üçün təqdim edib.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində dostlarının H. Bakıxanovdan bir neçə gün xəbər ala bilmədikləri, bundan sonra onun Tbilisidəki evində ölü tapıldığı bildirilirdi. /Qafqazinfo

Paylaş
Xəbər lentİ