Polisdən qaçan şəxs saxlanıldı “Marixuana çəkmişdim” - Video

Oxunma sayı: 223
27-09-2021, 08:03

Polisdən qaçan şəxs saxlanıldı “Marixuana çəkmişdim” - Video
Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu, kənar dairəvi yolunda 50-ED-532 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi polislərdən qaçmaq istəyib.

Arasdırma.info xəbər verir ki, Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli xezerxeber.az-a deyib ki, sürücü 28 yaşlı Kamran Cəbrayılzadə şəhər ərazisində bir neçə dəfə yol hərəkət qaydasını kobud şəkildə pozaraq, avtoxuliqanlıq hərəkətləri törətdiyi üçün barəsində saxlanması göstərişi verilib.

Sürücü süni sıxlıq yaradılaraq saxlanarkən polisə tabesizlik edib və qaçmaq üçün avtomobili digər hərəkət iştirakçılarının avtomaşınlarına çırpıb.

Həmin vaxt ətrafda olan həm zərərçəkmiş, həm də digər sürücülər yol polisinə kömək edərək tabe olmayan sürücü Kamran Cəbrayılzadəni saxlayıblar. Əraziyə gələn əməliyyatçılar onu Yasamal rayon polis idarəsinə gətiriblər. Saxlanan sürücü törətdiyi əməli etiraf edib.

Hadisə vaxtı təxminən 10-a yaxın avtomobilə ziyan vuran sürücü deyib ki, həmin vaxt 6 yaşlı oğlu da yanında olub:

"Biz az məndə vəziyyət yaxşı deyildi. Marixuana çəkmişdim. Ona görə sürüb qaçdım".

Faktla bağlı Yasamal rayon polis idarəsində ''Xuliqanlıq'' maddəsi ilə cinayət işi başlanıb, Kamran Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.//qafqazinfo

Paylaş
Xəbər lentİ