Bayram Nurlunun ÖLÜM xəbəri yayıldı

Oxunma sayı: 264
10-10-2021, 03:58

Bayram Nurlunun ÖLÜM xəbəri yayıldı

Sosial şəbəkə fenomeni Bayram Nurlu Rusiyada dəhşətli yol qəzasına düşüb.
Arasdırma.info bildirir ki, bu haqda məlumat sosial şəbəkələrdə yayılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza səhərə yaxın Moskvada olub.

GUNinfo.az xarici mətbuata istinadən bildirir ki, bir neçə maşının toqquşduğu qəzada ağır yaralıların olduğuda bildirilib. Bayram nurlunun hərəkət etdiyi avtomobil isə toqquşma zamanı dəhşətli zərbələrə məruz qalıb. Təcili yardım maşını ilə ağır yaralanan Nurlu huşsuz halda xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən ekstrasens Bayram Nurlunun həyatını, həkimlərin səylərinə baxmayaraq qurtarmaq mümkün olmayıb.

Avtomobil qəzasında ağır yaralanan Bayram Nurlunun Rusiya xəstəxanasında dünyasını dəyişdiyi yayılan iddialar arasında yer alıb. Qeyd edək ki, hadisə ilə bağlı yayılan iddialarla bağlı hələki rəsmi məlumat yoxdur.

Paylaş
Xəbər lentİ