Bakıda dəhşətli qəzada ölənlərin ADLARI AÇIQLANDI - YENİLƏNİB

Oxunma sayı: 234
14-10-2021, 07:37

Bakıda dəhşətli qəzada ölənlərin ADLARI AÇIQLANDI - YENİLƏNİB
Bakıda ağır qəzada həlak olanların adları açıqlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumaat görə, onlar - yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayevadır.
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub.

Qeyd olunub ki, xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır:

“Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.

Paylaş
Xəbər lentİ